Menu

Azərbaycanlılar xaricdə istirahətə 1,22 milyard dollar xərcləyib

22.09.2015, 13:42
Azərbaycanlılar xaricdə istirahətə 1,22 milyard dollar xərcləyib

2015-ci ilin 1-ci yarısında xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,223 milyard dollar təşkil edib.

“Marja” Mərkəzi Bankın açıqladığı 2015-ci ilin Yanvar-İyun ayları üzrə Azərbaycanın tədiyyə balansına istinadən xəbər verir ki, xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri is 1,104 milyard dollar olub. Turizm xidmətləri üzrə 118 min 413 dollarlıq defisit yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol