Menu

Taksi fəaliyyəti ilə bağlı YENİ QAYDALAR - Ayda bir dəfə 5 manat...

22.09.2015, 15:53
Taksi fəaliyyəti ilə bağlı YENİ QAYDALAR - Ayda bir dəfə 5 manat...

Həmçinin, taksi fəaliyyəti ilə məşğul olanlar fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt taksi dayanacağı üçün 5 manat ödəməlidir

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində taksi sürücülərinin fəaliyyətində keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər planı müzakirə olunub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən avtonəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək müvafiq sənədlərlə təsdiq edilməlidir.

Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt 5 manat məbləğində taksi dayanacağı üçün aylıq ödənişi xəzinəyə ödəyərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün taksi dayanacaqlarından və yolun nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan hissəsində sərbəst istifadə edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol