Menu

Bodrumda leysan yağıb, evləri və otelləri su basıb

23.09.2015, 10:08
Bodrumda leysan yağıb, evləri və otelləri su basıb

Türkiyənin məşhur tətil bölgələrindən olan Muğla Vilayətinin Bodrum rayonunda güclü leysan yağıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, nəticədə güclü sel gəlib, küçələr, evlər, iş yerləri, avtomobillər su altında qalıb. Sel avtomobilləri sürüyüb, onlarla insanın həyatına təhlükə yaranıb.

Təxminən 3 saat davam edən yağışlar nəticəsində insan itkisi olmasa da, evlərə, iş yerlərinə, avtomobillər, otellərə ciddi ziyan dəyib.

Bildirilir ki, sonuncu dəfə Bodrumda 1988-ci ildə belə güclü yağıntı qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol