Menu

Hər 100 nəfərdən 35-i işini itirəcək

23.09.2015, 10:32
Hər 100 nəfərdən 35-i işini itirəcək

İngiltərədə aparılmış bir elmi-tədqiqat işi, işlərin 35%-nin qarşıdakı 20 ildə robotlar tərəfindən həyata keçirilə biləcəyini ortaya qoyub.

Oksford Universitetinin alimlərinin rəhbərliyi altında aparılmış araşdırma, 700-dən çox iş və peşəyə kompüterlərin təsirini araşdırıb. Kompüter və maşınların yaradıcılıq tələb etməyən və ardıcıl istehsala əsaslanan işləri asanlıqla təhvil alacağı nəticəsinə gələn araşdırma, bütün iş yerlərində robotlara keçid təmin olunarsa, işlərin 35%-ində insana ehtiyac qalmayacağını bildirir.

Belə bir vəziyyətdə aşpazların, satış və marketinq mütəxəssilərinin və geyim nümayiş etdirən manikenlərin etdiyi işi belə robotlar edə bilər. Terapistlər və idman müəllimlərinin işləri isə, fərdi robot təhdidindən uzaqdır. Şairlik, elmi-tədqiqat, sahibkarlıq kimi yaradıcılıq tələb edən işlər insanların monopoliyasında qalacaqdır.

İŞSİZLƏR ARTACAQ

Robotların son 20 ildə səssiz-səmirsiz bir çox işi ələ keçirməyə başladığını qeyd edən mütəxəssislər, gələcəkdə bu səbəbdən işsiz insanların sayının artacağını vurğulayırlar. Tədqiqatçılar, məşhur iqtisadçı Con Maynard Keynesin 1933-cü ildə avtomatlaşdırma nəticəsində yaranacaq işsizliklə bağlı proqnozunu də xatırladır. İngilis mütəxəssislər, "Texnologiya işsizlik yaradacaq" deyən Keynesin o dövrdəki proqnozunun reallaşmağa başladığına diqqəti çəkir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol