“Putin Ukraynada baş verənləri gələcəkdə Moskvada həyata keçirəcəyimiz hadisələrin baş repetisiyası kimi görür”

ABŞ-ın CNN telekompaniyasının siyasi analitiki və aparıcısı Fərid Zəkəriyyə prezident Riçard Nikson dövründə Dövlət Departamentinin rəhbəri olmuş Henri Kisincerdən Ukrayna hadisələri ilə əlaqədar müsahibə götürüb. Güclü strateji analitik hesab olunan Henri Kisincer hazırda “Kisinger Associates” firmasına rəhbərlik edir.

- Xahiş edirəm izah edəsiniz ki, nəyə görə Ukrayna Rusiya üçün belə vacib ölkə hesab edilir? Sizcə Ukraynadakı hadisələr Rusiya üçün çox incə bir məsələdir?

- Bu günkü Rusiyanın yaranması Kiyevdən başlayıb və əvvəllər Kiyev Rusiyası adlanıb. Sonra parçalanma baş verdi. Ancaq 17 əsrin sonu 18 əsrin əvvəllərində Ukrayna yenə də Rusiyanın tərkibinə daxil oldu. Mən Rusiyada kimliyindən və vəzifəsindən asılı olmayaraq, elə bir adam tanımıram ki, Ukraynanı Rusiya tarixinin mühüm bir hissəsi hesab etməsin. Ona görə də onlar Ukraynaya biganə yanaşa bilməzlər. Mən birmənalı olaraq Ukraynanın müstəqiliyinin və Avropa ilə üzvü vəhdətdə olmasının tərəfdarıyam. Amma bunula bərabər Rusiyanın mövqeyını anlamaq üçün tarixə baxmaq lazımdır.

- Ukraynada baş verən indiki hadisələri necə xarakterizə etmək olar. Televiziyaya baxdıqda belə bir təsəvvür yaranır ki, Avropa ilə üzvü vəhdət yaratmaq istəyənlər demokratiya uğrunda Rusiya tərəfdarı olan prezidenə qarşı mübarizə aparırlar. Doğurdanmı belədir?

- Ölkədə praktik olaraq parçalanmanın mövcud olması təkcə mənim fikrim deyil. Şərq tərəfi provaslavdır və Rusiyaya meyillidir, Qərb hissəsi isə katolikdir və Avropaya tərəf yönəlib. Mənə elə gəlir ki, düşüncə və baxışlar iki yerə bölünüb. İndiki prezidentin isə tamamilə Rusiya tərəfdarı olduğunu düşünmürəm.

-  Siz Putini yaxşı tanıyırsınız. Amerikanlar içərisində onunla ən çox görüşən şəxs bəlkə də sizsiniz.  Necə fikirləşirsiniz, Putin Ukraynadakı hadisələri müşahidə edərək yəqin belə qənaətə gəlir ki , bütün baş verənlər Avropanın və ABŞ-ın işidir və onlar Rusiyanı hər tərəfdən mühasirəyə almağa çalışırlar.

- Mən belə fikirləşirəm ki, o, Ukraynada bütün baş verənləri Moskvada həyata keçirəcəyimiz hadisələrin baş repetisiyası kimi görür.

-Rejimin dəyişməsi kimi?

- Bəli, rejimin dəyişməsi kimi. Hadisələrin Soçi Olimpiadası yaxınlığında baş verməsi onun bu cür düşünməsi şübhələrini daha da artırır. Axı, Putin Sovet İttifaqının dağılmasını böyük tarixi katastrofa adlandırmışdı. Nəticədə Ukrayna kimi 50 milyonluq respublika müstəqillik əldə edib. Putin buna biganə qala bilmir.

- Necə hesab edirsiniz , Obama administrasiyası düzgün siyasət yürüdürmü?

- Obama administrasiyası dramatik hadisələr barəsində ictimayyət önündə bəyənatlar verməyə meyillidir. Mən bu cür bəyənatların verlməsinin tərəfdfarı deyiləm. Uzunmüddətli tarixi inkişafda yüksək səviyədə təmsil olunmaq lazımdır.

- Siz bu bəyanatların Rusyanı dərindən incidəcəyini hesab edirsiniz?

- Rusiya ilə münasibət qurmaq mürəkkəb məsələdir. Bu ölkə uzun müddət imperiya olub. Ona görə də onun özünü dərketmə anlayışı imperiyanın nəaliyyətlərinə bağlı qalıb. Rusiyanın Çin ilə həmsərhəd olması strateji bir dəhşətdir. Başqa bir qorxu isə onun islam ideologiyası ilə qonşu olmasıdır. Digər yandan isə Rusiyanın Avropa ilə sərhədi vardır ki, bu da tarixi baxımıdan həmişə çox kövrək olub. Bütün tarix ərzində rus hökmdarları xaricdə özlərinin əvəzolunmazlıqlarını sübut etməyə çalışıblar. Ölkənin başını bir yerə yığıb xaricilərə özlərini göstərmək siyasəti yürüdüblər. Fikirləşirəm ki, bu Putinin də qarşılaşdığı ən böyük çətinlikdir. Özlərini göstərmək qərarına gələnlərin “alınmaz qala” yaratmaq səviyyəsinə düşmələri bizi qətiyyən maraqlandırmır.

Vaqif

AzPolitika.info