Menu

NATO baş katibindən PKK xəbərinə təkzib

23.09.2015, 12:09
NATO baş katibindən PKK xəbərinə təkzib

NATO-nun PKK mövzusunda Türkiyəni xəbərdar etməsinə dair dünən yayılan xəbər təkzib olunub.

AzPolitika.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, NATO sözçüsü Karmen Romero bildirib ki, bu gün bəzi Türkiyə KİV-lərində Stoltenberin Türkiyə ilə bağlı şərhlər verdiyi barədə vaiddialar əsassızdır.

NATO-nun Türkiyə ilə güclü həmrəylik içərisində olduğuna diqqət çəkən NATO nümayəndəsi qeyd edib ki,Ukraynadakı son səfəri zamanı baş katib Türkiyədən danışmayıb.

Qeyd edək ki, NATO baş katibi Ukraynada əməkaşlığın artırılması ilə bağlı keçirdiyi görüşlərdə Ukraynaya dəstək verəcəklərini, amma bu dəstəyin silahdan ibarət olmayacağını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol