Polşa və ABŞ-ın hərbi-sənaye müəssisələri ilə Ukrayna arasında bir sıra sazişlər imzalanıb.
AzPolitika.info-nun “Korrespondent”ə istinadən verdiyi məlumata görə, yeni layihələrin köməyi ilə Ukrananın müdafiə sənayesində ağır zirehli texnikaların dərin modernləşdirilməsi nəzərdə tutulur.
“Ukrobonprom”un “Textron Systems” və “WB Electronics” şirkətləri ilə bağladığı sazişlərə görə, “Hamvi” maşınlarının modernləşdirilməsi, eləcə də pilotsuz uçuş aparatlarının istehsalı üzrə tərəfdaşlıq reallaşdırılacaq.

Şərhlər