Prezident İlham Əliyev AZTV-nin sədr müavini İbrahim Məmmədovu tutduğu vəzifədən azad edib.
Prezident bu barədə sərəncam imzalayıb.
İ.Məmmədov bu vəzifəyə 2012-ci il fevralın 10-da təyin edilib. Buna qədərsə AzTV-nin ictimai-siyasi proqramlar redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.
Son vaxtlar İ.Məmmədovun vəzifədən çıxarılacağı ilə bağlı mətbuat səhifələrində yazılar gedirdi. Bu məsələ daha çox sədr Arif Alışanovla İ.Məmmədov arasında münasibətlərin pisləşməsi fonunda cəmiyyətə təqdim edilirdi. Son günlərdə isə İ.Məmmədovun səhhətinin pisləşdiyi və Türkiyəyə aparıldığı, hazırda Türkiyədə müalicə aldığı barədə informasiyalar yayılıb.
İbrahim Məmmədova yeni vəzifə verilməsi ilə bağlı məlumat yayılıb. AzNews.az-a daxil olan məlumata görə, İ.Məmmədov “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib.
Faktı “Region TV”nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov AzNews.az-a təsdiqləyib. Bildirib ki, İ.Məmmədov peşəkar televiziyaçı olduğu üçün televiziya tərəfindən ona sözügedən vəzifə təklif edilib və İ.Məmmədov da təklifi qəbul edib.


Şərhlər