Menu

"Bəşəriyyət utanmalıdır..." - Ərdoğan

23.09.2015, 17:54
"Bəşəriyyət utanmalıdır..." - Ərdoğan

Qaçqınların kütləvi şəkildə Avropaya köçməsinə səbəb olan Yaxın Şərqdə yaranan vəziyyətə görə bütün bəşəriyyət utanmalıdır.

Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Moskvada məscidin açılışında iştirak edərkən söyləyib.

“Qonşularımız olan ölkələr - Suriya, İraq, Misir və Liviyadan qaçqınlar Avropa sərhədlərinə sülh və rəhm üçün üz tutublar”, - Ərdoğan deyib.

“Kədərimiz böyükdür, çünki insanların yalnız dini inanclarına riayət etmək, öz köklərini və torpaqlarını saxlamaq haqqından deyil, eləcə də əsas haqlarından – yaşamaq haqlarından məhrum edildiklərini görmək acı verir. Aralıq dənizinin sahillərində baş verənlər bütün bəşəriyyətin vicdanıdır. Bunun üçün bütün bəşəriyyət utanmalıdır” - türk lideri vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol