Menu

QMİ-dən azərbaycanlı zəvvarlarla bağlı açıqlama

24.09.2015, 15:44
QMİ-dən azərbaycanlı zəvvarlarla bağlı açıqlama

Nazirlik: Məkkədə baş verən faciədə ölənlərin sayı arta bilər

Bu gün Məkkədə - Mina dağında baş verən faciədə ölənlərin sayı arta bilər. Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, hazırda ölən zəvvarların kimliyi müəyyənləşdirilir.

Qeyd edək ki, bu gün Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.

M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol