Menu

Krım hökuməti sakinlərin Rusiya pasportlarını yığır!

25.09.2015, 12:30
Krım hökuməti sakinlərin Rusiya pasportlarını yığır!

Rusiya KİV-nin məlumatına görə, Krım hökuməti sakinlərin Rusiya pasportlarını kütləvi surətdə yığır. «Kommersant» qəzeti bunun səbəbi barədə yazıb («Exo Moskvı»).

Xəbər verilir ki, əsas sənədindən və deməli, avtomatik olaraq Rusiya vətəndaşlığından məhrum olanların sayı artıq 20 min nəfəri ötür. Bu, Rusiya Miqrasiya Xidmətinin (RMX) məlumatıdır. Amma ekspertlərin fikrincə, belə halların sayı yüzlərlədir.

Söhbət, ötən il burada keçirilmiş referendum zamanı qeydiyyatı olmayan ukraynalılardan gedir ki, buna baxmayaraq Rusiya pasportu ala biliblər. Belə hallarla daha çox yataqxanalarda yaşayan tələbələr qarşılaşırlar. Onlar 20 yaşa çatarkən yeni pasport almaq üçün müraciət edirlər. Amma miqrasiya xidməti onlara yeni sənədin verilməsindən imtina edir.

Yerli RMX-dən «Kommersant»a izah ediblər ki, onlar səhv nəticəsində Rusiya vətəndaşı olublar. Tələbələr qeydiyyatı müəyyən müddətə (müvəqqəti) veriblər, təhsil almaq isə pasport verilməsi üçün əsas deyil.

Hakimiyyət dairələri etiraf edirlər ki, bir il əvvəl hamıya pasportu ucdantutma veriblər və bu zaman kimin yarımadada daimi yaşadığını, kimin müvəqqəti yaşadığını ayırd etməyə vaxt və imkan olmayıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, pasportsuz qalmış tələbələr universitetdən xaric oluna bilərlər. Amma hələlik belə hallar barədə məlumat yoxdur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol