Menu

Ukraynada baş nazir xalq artistini məhkəməyə verir

25.09.2015, 12:34
Ukraynada baş nazir xalq artistini məhkəməyə verir

Ukrayna baş naziri Arseniy Yatsenyuk ölkənin xalq artisti Oleq Qavrilyuku tənqidi şeirinə görə məhkəməyə verməyə hazırlaşır.

AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə xalq artisti öz “Facebook” hesabında bildirib.

Qavrilyukun sözlərinə görə, hüquqşünaslar məhkəməyə müraciət barədə ona xəbərdarlıq ediblər.

“Mənə nazirlər kabinetindən hüquqşünas zəng etdi və sosial şəbəkələrdə cənab A.Yatsenyukdan ona və prezidentə şeirlə müraciətimə görə üzr istəməyim tələb olundu. Əks təqdirdə baş nazirin şərəf və ləyaqətinə təhqir ittihamı ilə məhkəməyə verəcəklər. Olmayan bir şeyə görə necə məhkəməyə vermək olar? Məgər hazırkı təqaüd və maaşlar pensiyaçıların şərəf və ləyaqətini alçaltmaq deyilmi? Buna görə məhkəməyə vermək lazımdır. Hər kəs və dərhal bunu etməlidir...”, - deyə xalq artisti qeyd edib.

Qavrilyuk xalq artisti fəxri adına 2013-cü ildə ildə prezident Viktor Yanukoviç tərəfindən layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol