Menu

Azərbaycan valyuta bazarının həftəlik icmalı - Cədvəl

25.09.2015, 14:18
Azərbaycan valyuta bazarının həftəlik icmalı - Cədvəl

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0009 manat (0,085 faiz) ucuzlaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,0481 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi:
14 sentyabr 1,0475 21 sentyabr 1,0476
15 sentyabr 1,0476 22 sentyabr 1,0482
16 sentyabr 1,0478 23 sentyabr 1,0485
17 sentyabr 1,0477 24 sentyabr ---
18 sentyabr 1,0473 25 sentyabr ---
Həftə ərzində orta məzənnə 1,04758 Həftə ərzində orta məzənnə 1,0481

Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0182 manat (1,53 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,17587 manat səviyyəsində müəyyən olunub.

Avroya nisbətdə manatın rəsmi məzənnəsi:
14 sentyabr 1,1687 21 sentyabr 1,1891
15 sentyabr 1,1744 22 sentyabr 1,1862
16 sentyabr 1,1717 23 sentyabr 1,1830
17 sentyabr 1,1748 24 sentyabr 1,1838
18 sentyabr 1,1821 25 sentyabr 1,1935
Həftə ərzində orta məzənnə 1,17434 Həftə ərzində orta məzənnə 1,18712

Ötən həftə 1 unsiya qızılın dəyəri 18,4747 manat (1,545 faiz) azalıb. Müvafiq olaraq, qızılın orta qiyməti 1187,18203 manat təşkil edib.

1 unsiya qızılın qiymətinin dəyişməsi:
14 sentyabr 1152,5119 21 sentyabr 1195,8354
15 sentyabr 1157,3885 22 sentyabr 1188,35
16 sentyabr 1158,8144 23 sentyabr 1177,3607
17 sentyabr 1174,27 24 sentyabr ---
18 sentyabr 1181,14 25 sentyabr ---
Həftə ərzində orta 1164,82496 Həftə ərzində orta 1187,18203

İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol