Menu

Poroşenko həbsdə olan rejissora orden verdi

25.09.2015, 17:00
Poroşenko həbsdə olan rejissora orden verdi

Ukrayna prezidenti Petro Poroşenko ötən ay Rusiyada həbsə məhkum edilmiş ukraynalı rejissor Oleh Sentsov və Oleksandr Kolçenkonu medalla təltif edib.

Sentyabrın 25-də Poroshenkonun ofisindən verilən məlumata görə, onlar 1-ci dərəcəli igidlik ordeninə layiq görülüblər.

Rusiya məhkəməsi avqustun 25-də Sentsovu 20, Kolchenkonu isə 10 il azadlıqdan məhrum edib.

Rusiya onları Krımda terror aktları törətməyə hazırlaşmaqda ittiham edir.

Əslən Krımdan olan Sentsov 2014-cü ildə yarımadanın Rusiya tərəfindən ilhaq edilməsinə qarşıdır.

O ötən ilin mayında Krımda saxlanılıb.

Sentsov və Kolchenko ittihamı rədd edir və məsələnin siyasi motivli olduğunu deyirlər. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol