Menu

Rusiya aviaşirkətlərinin Ukraynaya uçuşları qadağan olundu!

25.09.2015, 19:22
Rusiya aviaşirkətlərinin Ukraynaya uçuşları qadağan olundu!

Ukrayna KİV-nin məlumatına görə, ölkənin Nazirlər Kabineti Rusiyanın «Transaero» və «Aeroflot» aviaşirkətlərinin Ukraynaya uçuşlarını qadağan edib. Bu qərar hökumətin saytında dərc olunub (Rosbalt).

Baş nazir Arseniy Yatsenyuk qeyd edib ki, qərar sentyabrın əvvəlində Ukrayna Milli Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyalarla bağlıdır.

«Rusiyanın bayrağı («trikolor»u) altında uçan təyyarələrin Ukrayna aeroportlarında bir işi yoxdur» - deyə, Yatsenyuk bəyan edib. Bundan başqa Nazirlər Kabineti hərbi və ya ikili təyinatlı Rusiya təyyarələrinin Ukrayna üzərindən tranzit uçuşlarına da qadağa qoyub.

Eləcə də Ukrayna tərəfin tətbiq etdiyi sanksiyalara uyğun olaraq, ölkənin dövlət orqanlarında Rusiya proqram təminatlarından istifadə də qadağan edilib. Söhbət ilk növbədə, «Kasperrskinin antivirusu»ndan gedir.

Yatsenyuk, qadağa tədbirlərinin icrasının vəziyyəti ilə mütəmadi məşğul olmağı sanksiya komitəsinə həvalə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol