Menu

Məkkə faciəsində 365 iranlı zəvvar itkin düşüb

25.09.2015, 20:47
Məkkə faciəsində 365 iranlı zəvvar itkin düşüb

Məkkə yaxınlığındakı Mina vadisində ölənlərin sayı 2 minə çatıb. Musavat.com-un məlumatına görə. Bu barədə Səudiyyə Ərəbistanındakı mənbələrə istinadən İranın həcc ziyarətinin təşkilatının rəhbəri Səid Ahadi Press TV-yə açıqlamasında bildirib. Faciədə 130 iranlı həlak olub, daha 60 nəfər isə yaralanıb.

Öz növbəsində İranın ali dini liderinin nümayəndəsi höccətülislam Seyid Əli Qazi hadisədən sonra 365 iranlının itkin düşdüyünü söyləyib.

Olayla bağlı cümə günü İranda Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib. Əllərində qara bayraq olan nümayişçilər “əs-Səud aliləsinə ölüm!” qışqırıblar.

Rəsmi məlumata görə, Məkkə yaxınlığındakı faciədə 750 nəfərdən çox adam həlak olub, 800 nəfər yaralanıb. Bu, son 25 ildəki həcc ziyarəti tarixində ən böyük insan ölümüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol