Qazaxıstan və Ukrayna KİV-nin məlumatına görə, Qazaxıstanın məktəb dərsliklərində Krımın Rusiya ərazisi kimi göstərilməsi səbəbilə, Ukrayna tərəfi Qazaxıstan xarici işlər nazirliyinə nota göndərib (Rosbalt).
«Qazaxıstanın «Mektep» nəşriyyatı tərəfindən buraxılmış orta məktəb dərsliklərində Krım Muxtar Respublikasının Rusiya Federasmiyasının subyekti kimi göstərilməsi ilə əlaqədar olaraq, Ukraynanın bu ölkədəki səfirliyi Qazaxıstan Respubikası xarici işlər nazirliyinə nota ilə müraciət edib» - deyə, «Novosti Kazaxıstana» İnformasiya Agentliyi Ukrayna diplomatik missiyası tərəfindən yayılmış bəyanatdan sitat gətirir.
Səfirlikdə əlavə ediblər ki,belə məlumat həm beynəlxalq birliyin mövqeyinə, həm də Qazaxıstanın özünün mövqeyinə ziddir.
«Sözügedən dərsliklərin təcili surətdə geri çağırılması xahişi ilə Ukrayna tərəfi Qazaxıstan xarici işlər və təhsil və elm nazirliklərinə müraciət edib» - deyə, bəyanatda qeyd olunur.
AzPolitika.info


Şərhlər