Menu

"HDP 80 vəkil çıxardı da, nə oldu?" - Ərdoğan

25.09.2015, 21:37
"HDP 80 vəkil çıxardı da, nə oldu?" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən media təmsilçiləri önündə əhəmiyyətli açıqlamalr verib.Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan Qərbdən edilən "əndazəli güc işlətmək" çağırışlarına cavab verərək deyib: "Terroristlərin anladıqları dil nəysə, o şəkildə qarşılıq verəcəyik".

"500 yerli vəkil" sözlərinə gələn tənqidlərə isə prezident belə cavab verib: "Bu tam bir ağıl tutulmasıdır. Mənim sözlərimdə əsla ayrı-seçkilik söz mövzusu deyil".

Ərdoğan 1 noyabr seçkilərində HDP-nin seçki baryeri altında qalması təqdirində bunun bir risk törətməyəcəyini söyləyib. Prezident deyib: "80 vəkil çıxardılar da nə oldu, hər tərəfi yandırıb-yıxmadılarmı? Baryerin altında qalan partiya nəticəni qəbul etməyə məcburdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol