Bakının Nizami rayonunda fəciəvi hadisə baş verib
Musavat.com-un verdiyi məlumata görə, rayonun 8-ci kilometr bazarının arxasında yerləşən 9 mərtəbəli binaların birində çıxan yanğın bir nəfərin ölməsinə səbəb olub.
Belə ki, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.
Sabunçu xəstəxanasından verilən məlumata görə, A.Könül xəstəxanaya gətiriləndə artıq ölmüş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər