Menu

Şəmkirdə tibb bacısı həkimi bıçaqlayıb

26.09.2015, 22:00
Şəmkirdə tibb bacısı həkimi bıçaqlayıb

Şəmkirdə bıçaqlanma olub.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir Rayon Mərkəzi xəstəxanasında qeydə alınıb. Tibb ocağının reanimasiya şöbəsinin tibb bacısı Sadəgül İbadullayeva mübahisə zəminində xəstəxananın qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol