Menu

Fransa Suriyanın siyasi gələcəyində Əsədi görmür

27.09.2015, 11:06

Ozgur_Suriya_Ordusu_020812Fransa hökuməti Rusiyanı Suriya münaqişəsinə «dərin intervensiya» etməkdən çəkinməyə çağırıb.

«Reşet Bet» radiosunun yaydığı xəbərəgörə, Paris Moskvanı xəbərdar edib ki, Suriyadakı olaylara aktif müdaxilə Rusiya üçün ikinci Əfqanıstan yarada bilər.

Bundan başqa, Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib ki, Suriya prezidenti Bəşər Əsəd siyasi keçid mərhələsindən sonra ölkə hakimiyyətində hər-hansı rol oynaya bilməyəcək.

«Əsəd, ölkədə yaşanan hazırkı xaosa görə məsuliyyət daşıyır. Əgər biz desək ki, Suriyanın gələcəyi Əsədlə bağlıdır, o zaman biz, uğursuzluğa yaxın olarıq» - deyə, nazir qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol