Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultay keçirir. Tədbir Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilir. Qurultayda 800-ə yaxın nümayəndə iştirak edir.
Qurultayda jurnalistlər, Milli Şuranın Koodinasiya Mərkəzinin üzvləri, siyasi-ictimai xadimlər, xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edir. Tədbirdə qurultay nümayəndələri ilə bir yerdə 1000 nəfər iştirak edir.
Qurultay dövlət himninin səsləndirilməsi ilıə başlayıb. 5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3 nəfərdən ibarət sədarət formalaşdırılıb.

Əli Kərimli mövcud hökumətin apardığı iqtisadi siyasətin iflasa uğradığını və ölkənin uçuruma getdiyini deyib.
Hökümətin sosial iyasətinin də iflasa uğradığını deyən Ə.Kərimli bildirdi ki, məhz hökümətin yürütdüyü anti-xalq siyasətinin nəticəsidir vətəndaşlarımız bir-birinin ardınca ağır vaddi problemlər üzündən intihar edirlər: “Avropa Oyunlarına milyardlarla pul xərcləndi, bu vəsaitlər Azərbaycan xalqının boğazından kəsilib edilib. Azərbaycan xalqına qarşı bu qədər acımasız olmaq olarmı? Azərbaycan xalqı buna layiqdirmi?”.
Ə.Kərimli deyib ki, hakimiyyətin Qarabağ problemini həll etmək niyyəti yoxdur.
“Ötən 10 ildə ən ağır repressiyaya AXCP məruz qalıb. Amma qarşınızda məsuliyyətlə, alnıaçıq deyə bilərəm ki, bütün bu məhrumiyətlərə baxmayaraq AXCP ölkənin bütün rayonlarında ən yaxşı təşkilatlana və saat mexanizmi kimi işləyən partiyadır. AXCP bu gün müasir texnalogiyanın, informasiya resurslarının verdiyi imkanlardan istifadə edən ən modern partiyadır”, deyə Ə.Kərimli vurğulayıb.
Ə.Kərimli partiyanın yeni proqram hazırlayaraq, ictimai müzakirəyə təqdim edəcəyini deyib.

Siyasi məhbus məsələsi bizim üçün prinsipal məsələdir"
Cəmil Həsənli qurultaya uğurlar arzulayıb: "Əminəm ki, AXCP bu gün yeni formalaşdıracağı tərkib ilə yeniliklər edək. Xalqın haqqı və hhüququ uğrunda mübarizəsini davam etdirəcək."
Sonra söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamala verilib. AXCP-nin keçdiyi tarixi yolu xatırladan V.Mirkamal bildirib ki, təşkilat demokratiya uğrunda mübarizəni bütün çətinliklərər baxmayaraq uğurla davam etdirir. V.Mirkamal AXCP-ni budandıqca daha gözəl fidanlar yetirən gülə bənzətdi. “AXCP nə qədər ağır repressiyaya məruz qalırsa o qədər möhkəmlənir, güclənir, böyüyür”, deyə V.Mirkamal vurğulayıb

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev cəbhəçilərər uğurlar arzulayaraq bildirib ki, partiya üzvlərinin bəxti gətirib. Çünki onların Əli Kərimli kimi lideri var.

Qurultayda ilahiyyatçı Alim Tale Bağırzadənin də təbrikləri oxunub. tədbirdə onun müavini Elçin Qasımov:"Represiyaya məruz qalan islamçıları müdafiə etdiyinə görə, əqidaşlarımızın hicabaına qarşı çıxanlara etiraz etdiyinə görə, həbsdəki yoldaşlarımızı müdafiə etdiyinə görə AXCP-yə təşəkkür edirik. Haqq uğrunda, zülmə qarşı müabrizə aparan islamçılarla AXCP arasında əlaqələr yaxın gələcəkdə genişlənəcək. Hökümətin xalqa etdiyi təcavüzünə qarşı əl-ələ verərək mübarizə aparaq.
Allah da Azərbaycan xalqına azadlıq nəsib edəcək".

Fasilədən sonra qurultay öz işinə davam edir. AXCP Ali Məclisin sədri Həsən Kərimov hesabat məruzəsi etdi. H.Kərimov ötən qurultaydan bəri Ali Məclisin ve Rəyasət Heyətinin gördüyü işlər, verdiyi qərarlar barədə danışdı.
Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatını Sevda Talıbova oxudu.
Qurultayda Milli Şuranın fəxri sədri, kinorejissor, dramaturq Rüstəm İbrahimbəyovun və həbsdəki jurnalist Seymur Həzinin yolladığı məktubları oxunub

Daha sonra çıxış üçün söz AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya verildi. F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan gərginlik artmaqdadır. Bu isə o deməkdir ki, işsizlər ordusu daha da artacaq. “Manatın kursunu saxlamaq hökümətə baha başa gəlir. Azərbaycanın vəsaiti artıq tükənib. Bu isə o deməkdir ki, növbəti devalvasiya qaçılmazdır. Vəziyyəti dəyişmək üçün korrupsiyaya son qoymaq lazımdır. Amma iqtidar bunu etməkdə maraqlı deyil”.
AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli qurultay iştirakçılarını salamlayaraq bildirdi ki, XAlq Cəbhəsi xalqla bütövləşən təşkilata çevrilib. AXCP haqqı, hüququ pozulan hər bir vətəndaşın yanındadır: "Uzun sürən mübarizə nəticəsində AXCP Azərbaycan xalqı ilə bütünləşmiş təşkilata çevrilib. AXCP gəncliyin partiyasına çevirilir. Gəncliklə mübarizə aparanlar məğlubiyyətə məhkumdur.
Hakimiyyət də bizim gücümüzün qarşısında acizdir. Amansız represiyalar, AXCP sədrinə xarici pasport verilməsi və s buna nümunədir. Əvvəllər xalqı talan edirdilər. Sonra cəbhəçilərin profillərini oğurlamağa başladılar. İndi isə özlərini oğurlayırlar.
Bütün dünya Azərbaycanda kimin kim olduğunu yaxşı bilir. Hakimiyyətin oğru talançı, AXCP-ninsə dürüst və düzgün insa olduğundan xəbərdardırlar. Əminəmki, bunlar yaxın gələcəkdə özünü göstərəcək".

Qurultayda Azadlıq qəzetinin təsisçiliyindən imtina edildiyi bildirilidi.
AXCP Yevlax şöbəsinin sədri Şəkər İsgəndərli çıxışında bildirdi ki, partiyanın gücünü hakimiyyətin ona qarşı apardığı kampaniya da sübut edir. “Bilirik getdiyimiz yol çox ağır, məşəqqətlidir. Amma hakimiyyətin tənələri, təzyiqi bizi bu yoldan çəkindirə bilməz”, deyə Ş.İsgəndərli vurğuladı.
Sonra Qurultay nümayəndələri hesablama komissyasını yaratdı. Qurultay səslənən hər üç hesabatı qənaətbəxş saydı. Hazırda partiya sədrliyinə namizədliklərin verilməsinə start verilib. Bu elan edilən kimi qurultay nümayəndələri “Əli bəy” şüarını səsləndirməyə başladılar.
Daha sonra partiya sədrinin səsverməsinin açıq, yoxsa qapalı keçirilməsi səsə qoyuldu. İki nəfər əleyhinə olmaqla partiya sədrinin açıq səsvermə ilə seçilməsi təklifi qəbul olundu.
Xəzər şöbəsinin sədri Hacı Əmrulla çıxış edərek, sədrliyə Əli Kərimlinin namizədliyini irəli sürdü.

Qarşınızda amansız bir rejim var. Cəbhəçi hər yerdə doğru bildiyini demək, etiraf etməkdir. Heykəl deyil ki, sadəcə dik durak. Biz fəaliyyət göstərməliyik.
Bu gün mənim namizədliyim olmasaydı qurultayın sonunda indi çıxdığımız durumdan daha yaxşı olmayacaqdı. Ənənəvilik olacaqdı.
Hər kəs əlini vicdanına qoyub, desin. Mən sədri bu günmü tənqid etməyə başlamışam?
Səsvermənin gizli olması vacibdir. Açıq səsvermədə açıq-aşkar müdaxilə var. Seçki keçirilməlidir. Əli bəyə 2018-ci ilə qədər uğurlar arzulayıram. Həmin zamana qədər o 4 parlament seçkisi, 4 prezident seçkisi yola salmış olacaq. 2018- ci ilin prezident seçkilərində Əli Kərimli məğlub olarsa, mən qüvvələri birləşdirmək üçün sədrliyə namizəd olacam."
Çıxışının sonunda S.Kərimli AXCP sədrliyinə namizədliyini geri götürdü.

...Mən sizinləyəm, kimin mənliyi çatmırsa bu yolu getməyə, zəhmət çəksin çəkilsin.
Bu gün mənə qarşı hökumət mətbəxindən qidalananlar tərəfindən təxribat var. Hansı qətiyyətlə rejimin oyunlarını ifşa etmişiksə Azərbaycan xalqının demokratiya yolunda mübarizəsini də davam edəcəyik.
Etiraf etmək istəyirəm. Bir neçə il əvvəl AXCP-dən getmək barədə düşünmüşəm. Bu gün bəyan etmək üstəyirəm: Azərbaycan hökuməti nəfsindən tələyə düşüb. Bu gün represiya şəritində, məsləkdaşlarım həbsdə olduğu zamanda, mübarizə tələb edildiyi bir zamanda mənim kitabımda fərari olmaq yazılmayıb. "
AXCP-nin Nəzarət Təftiş Komitəsinə də seçkilər keçirildi. 13 nəfər namizdliyini irəli sürüb. Onlardan 7 nəfəri seçildi.
AXCP-nin növbəti qurultayı başa çatdı.



Şərhlər