AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını (BMT TŞ) yenidən təşkil etməyə çağırıb («Exo Moskvı»).
Kanslerin fikrincə, problemlərin həlli üçün yeni üsullar lazımdır. Bu, TŞ-da islahatları qaçılmaz edir. «Dəyişikliklər dünyadakı gücləri indikindən daha dolğun əks etdirməlidir» - deyə, «Röyter» ondan sitat gətirir.
TŞ-da islahatlar mövzusu artıq çoxdan müzakirə edilir. Fikir ayrılıqlarının başlıca predmeti tərkibin genişləndirilməsi ilə bağlıdır. Hazırda quruma 15 dövlət daxildir. Onlardan isə yalnız 5-i (Britaniya, Çin, Fransa, Rusiya və ABŞ) daimi üzvdür və veto hüququna malikdir. Qalanları Baş Məclis tərəfindən 2 il müddətinə seçilir.
Son vaxtlar bi sıra ölkələr Moskvanı onda ittiham edirlər ki, Rusiya TŞ-da özünə sərf etməyən qərarları bloklamaq üçün veto hüququndan istifadə edir.
AzPolitika.info

Şərhlər