Menu

Qadını rüsvay edəcəyi ilə hədələyən şantajçı tutuldu

28.09.2015, 13:46
Qadını rüsvay edəcəyi ilə hədələyən şantajçı tutuldu

İmişli rayon sakini hədə-qorxu gəlməklə pul alarkən tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Təmrazov Bakı şəhər sakini S.H-ya (qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 1200 ABŞ dolları alarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol