Menu

NATO Çinin hərbi qüdrətinin artmasından narahatdır - Rasmussen

05.02.2014, 00:48
NATO Çinin hərbi qüdrətinin artmasından narahatdır - Rasmussen

İngiltərənin “The Daily Telegraph” qəzeti yazır ki, NATO-nun baş katıbi Andreas Foq Rasmussen öz hərbi xərclərinin azaldılması nəticəsində dünya arenasında təsir imkanlarını itirə biləcəklərindən narahat olduğunu ifadə edib. Bunula əlaqədər olaraq Rasmussen deyıb:

“Bu məsələ təhlükə törədir. Ona görə ki, diğər ölkələr müdafiə sahəsinə sərmayə qoyurlar və belə olan halda bizim beynəlxalq səhnədəki təsirimiz azalacaq. Yaranacaq boşluğu isə başqa ölkələr dolduracaq.”

Bu mövzu ilə əlaqədar olaraq “The Daily Telegraph” aşağıdakı şərhi verib:

“Çin müdafiə sahəsinə 148 milyard dollar ayırmağı nəzərdə tutub ki, bu da Böyük Britaniya, Fransa və Almaniyanın birlikdə bu sahəyə ayırdığı puldan çoxdur. Hal-hazıra ayrılan hərbi xərclərin miqyasına görə, 351 milyard funtla (585 milyard ABŞ dolları) birinci yerdə ABŞ qərarlaşıb. İkinci yeri Çin, üçüncü yeri isə 78 milyard dollarla Rusiya tutur. Hərbi analitik Kreyq Keffri hesab edir ki, Çinin mudafıə sahəsinə daha çox pul ayırması onun müharibəyə meyilli olması kimi başa düşülməməlidir. Ancaq Keffri onu da əlavə edir ki, bu tərzdə sürətli silahlanma qonşu dövlətlərin bir-birinə qarşı olan inamsızlığından qaynaqlanan qeyri-stabillik yarada bilər. Ümumiyyətlə isə son illər ərzində dünya üzrə ən çox hərbi xərci Rusiya artırıb. Axırıncı üç il ərzində bu sahəyə rusların çəkdikləri xərc əvvəlki illərə nisbətdə 44% çoxalıb. Rusiya Federasiyasının 2013-cü il büdcəsində müdafiə istiqaməti üçün nəzərdə tutulan xərclər artırılsa da, bunun əksinə olaraq səhiyyəyə ayrılan maliyyə xeyli azaldılmışdı. ABŞ-ın Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Berri Pavel hesab edir ki, Rusiyanın hərbi xərclərini yüksəltməsi “müvəqqəti xarakter” daşıyır və neftin qiymətinin artması ilə bağlıdır.”

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol