ABŞ-a terrorla mübarizədə səyləri koordinə etməyi təklif edir.
AzPolitika.info-nun məlumatına görə, bunu Rusiya XİN başçısı Sergey Lavrov “Russia Today”ə müsahibəsində bildirib. O qeyd edib ki, Rusiya və ABŞ-ın ortaq məqsədi İŞİD-ə qalib gəlməkdir.
“Rusiya Suriyaya “İslam dövləti” ilə mübarizədə kömək göstərir. Biz mövqeyimizi izah etmişik və hər hansı regiona bağlılıq hiss etmək istəmirik. Amma biz əminik ki, Suriyanın dövlət kimi məhv olmasına yol verə bilmərik”, - deyə Lavrov vurğulayıb.
O qeyd edib ki, əgər Suriyada dövlətçilik qorunmasa, “xilafət” bütün Suriyada möhkəmlənə bilər: “Biz ABŞ-a hərəkətlərimizi harmonizə etmək təklifi etdik ki, terrorçuların mövqelərinə hava zərbələrinin yerdəki addımlarla koordinə olunmasına əmin olaq”.

Şərhlər