Menu

DSK İlyas İsmayılovun namizədliyi ilə bağlı qərar verib

29.09.2015, 14:57
DSK İlyas İsmayılovun namizədliyi ilə bağlı qərar verib

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov yenidən öz namizədliyini 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən irəli sürüb.

Partiyanın mətbuat xidmətindən AzPolitika.info-ya verilən məlumata görə, 500 imza toplayaraq, digər tələb olunan sənədlərlə birgə Dairə Seçki Komissiyasına təqdim edən İlyas İsmayılovun namizədliyi, artıq rəsmən təsdiq olunub.

Xatırladaq ki, İlyas İsmayılov bundan əvvəl də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Milli Məclisə deputat seçilmişdi.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol