Menu

Zakir Fərəcov Eldar Əzizovun daha bir kadrını yola saldı

29.09.2015, 16:44
Zakir Fərəcov Eldar Əzizovun daha bir kadrını yola saldı

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçsının birinci müavini Rövşən Oqtay oğlu Sadıxov tutduğu vəzifə ilə vidalaşmalı olub. Musavat.com Xeberle.com-a istinadən xəbər verir ki, Sadıxov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. R.Sadıxovun bundan sonra Səbail rayon İcra Hakimiyyətində çalışacağı deyilir.

55 yaşlı R.Sadıxov 2002-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2005- 2006-cı illərdə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə isə Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib. 2011-ci ildən isə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini olub.

Məlumat üçün bildirək ki, R.Sadıxov Səbail rayonunun İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Nizami rayonunda, Gəncə və Sumqayıt şəhərlərində icra hakimiyyəti başçısı vəzifəsində çalışdığı müddətdə onun komandasında fəaliyyət göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol