Naməlum şəxs Daşkənddə ABŞ-ın Özbəkistandakı səfirliyinin ərazisinə iki ədəd əldəqayırma yandırıcı qurğu tullayıb.Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onlardan biri partlayıb.
Məlumata görə, bundan dərhal sonra səfirlik bağlanıb. “Partlayışdan heç kim zərər çəkməyib” – səfirliyin saytındakı xəbərdə qeyd edilir.
Hazırda diplomatik missiya adi rejimdə işləyir, lakin təhlükəsizlik tədbirləri gücləndirilib. İnsidentlə bağlı araşdırma aparılır.
Bu, Özbəkistandakı Amerika səfirliyinə ilk hücum deyil. 30 iyul 2004-cü ildə ABŞ və İsrailin səfirlikləri, həmçinin, Baş Prokurorluğun binası qarşısında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilmişdi.
O zamankı hadisə nəticəsində 3 nəfər ölmüş, 8 nəfər yaralanmışdı. Həlak olanla Özbəkistan vətəndaşları idi.
Olaya görə məsuliyyəti “Özbəkistanın islam hərəkatı” qruplaşması öz üzərinə götürmüşdü.


Şərhlər