Menu

Rubl bahalaşıb

30.09.2015, 09:41

manat rubl bankBu gün sentyabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə sabit qalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 30-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə dəyişməyərək 1,0480 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsi də manata nəzərən ötən gün olduğu kimi 1,1795 manat olub.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% bahalaşaraq 0,0159 manata yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol