Menu

Bu il Azərbaycanda dincələn turistlərin sayı açıqlandı

30.09.2015, 11:18
Bu il Azərbaycanda dincələn turistlərin sayı açıqlandı

Bu ilin 1 iyun – 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bunun 560 688 nəfər yerli, 47 545 nəfər xarici turistdir.

Nazirlikdən bildiriblər ki, bu, ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir. Aparılan araşdırmalara görə, Quba–Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı – İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol