Menu

Rusiya və Gürcüstan tərəfindən axtarışda olan şəxslər Azərbaycanda tutuldu

30.09.2015, 12:37

hebs4Rusiya və Gürcüstan dövlətləri tərəfindən axtarışda olan şəxslər Azərbaycanda tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olan Nicat Kiçibəyov tutulub.

Bundan başqa Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışda olan Bakı şəhər sakini Eldar Əhmədov saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol