İran XİN sözçüsü Marziyə Əfham Rusiyanın Suriyaya aviasiya göndərmək barədə qərarını alqışladıqlarını deyib.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, XİN sözçüsü bildirib ki, Tehran bu qərara müsbət yanaşır və “bögədə terrorla mübarizədə istənilən qərarı qiymətləndirir”.
Nazirlikdən onu da qeyd ediblər ki, Rusiya və İran prezidentləri Nyu-Yorkda terrora qarşı mübarizədə koordinasiya məsələlərini müzakirə ediblər.


Şərhlər