Menu

Latviyada məscidə hücum etdilər

30.09.2015, 17:21
Latviyada məscidə hücum etdilər

Latviyanın paytaxtı Riqada olan məscid və İslam Mədəniyyət Mərkəzinə hücum təşkil edilib.

AzPolitik.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, bir qrup islamofob İslam Mərkəzi və məscidin divarlarına İslama və müsəlmanlara təhqir ehtiva edən yazılar yazıb.

"Defli" agentliyinin xəbərinə görə, İslam mədəniyyət Mərkəzi işçiləri bu cür hərəkətlərin Latviyada getdikcə artan islamofobiyanın bir göstəricisi olduğunu və hadisədən narahatlıq duyduqlarını deyiblər.

Məscidin divarında ingilisvə "Your Allah, your problem, go home" (Sizin Allahınız sizin probleminizdir, evinizə gedin) yazılıb.

Mərkəz nümayəndəsi Robert Klimoviçin sözlərinə görə, ölkədə islamofobiyanın qızışdırılmasında yerli media da fəal iştirak edir.

Məscidə hücum edən şəxslərin kimliyi məlum olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol