Qarabağ döyüşçüsü, Azərbaycanın Milli qəhrəmanı İbad Hüseynova Türkiyə vətəndaşlığı veriləcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin keçmiş naziri Hasan Cəlal Gözəl bu gün İ.Hüseyovun yubileyi münasibəti ilə təşkil olunan tədbirdə deyib. O bildirib ki, Türkiyə vətəndaşı olmaq İ.Hüseynovun böyük arzusu idi: "Bu gün onu bu şad xıəbəri veririk ki, ona bir həftə sonra bu sənədi təqdim edəcəyik".
Keçmiş nazir həmçinin ona ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Eyni zamanda İbad Hüseynova Türkiyənin "Bayraq" medalını təqdim edib.
Virtualaz.org xatırladır ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçusu Monte Melkonyanı Xocavənddə başını kəsərək öldürmə iddiası ilə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli filmi çəkilib.


Şərhlər