Paytaxtda marşrut avtobusu qəza törədib.
Qəza Xocalı prospektində “Mübarək” şadlıq sarayının qarşısında qeydə alınıb. 30 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu 2 minik maşını ilə toqquşub. Nəticədə xəsarət alan olmasa da minik avtomobillərinə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır (APA).


Şərhlər