Rusiya KİV-nin yaydığı məlumata görə, Suriyada keçirilən hərbi əməliyyatlarda Rusiyanın 1,5 minə qədər əsgər və zabiti iştirak edə bilər («Exo Moskvı»).
Yerli KİV-lər yazırlar ki, müharibədə pul qazanmaq istəyənlərin «əlindən tərpənmək» olmayacaq. Müdafiə nazirliyinə yaxınlığı olan mənbə «Vedemosti»yə danışıb ki, avia-zərbələr endirmək üçün həyata keçirilən əməliyyatlarda zabitlər, sıravilər və serjantlar iştirak edəcəklər. Baş Qərargah isə rəsmi sürətdə bəyan edib ki, burada söhbət yalnız kontrakt əsasında hərbi xidmət keçənlərdən gedir.
Nəşrin məbəəsi təsdiqləyib ki, könüllülər sarıdan qıtlıq yoxdur - xaricdə keçirilən əməliyyatlar böyük ezamiyyə pulları vəd edir.
«Bu yerlər üçün dava düşəcək» - deyə, əsgər anaları komitələri İttifaqının rəbəri Valentina Melnikova qeyd edib. Onun sözlərinə görə, belə əməliyyatlar üçün bütün ödənişlər qanunvericiliklə tənzimlənir. Zabitlər adi haldakı pul gəlirlərindən əlavə bu əməliyyatlar müddətində hər gün üçün 4000 rubl, əsgərlər isə 3 min rubldan bir qədər az pul alacaqlar (hesabatlar dolların cari-rəsmi kursu ilə aparılıb).
Hərbçilərin həlak olması hallarında isə ailələri 2,3 milyon rubl sığorta pulu alacaq.
Xatırlatmaq yerinə düşərdi ki, bu il may ayının sonuda Rusiyada yeni qanun qəbul olunub. Həmin qanuna əsasən, sülh şəraitində həyata keçirilən xüsusi əməliyyatlar zamanı baş verən ölüm halları dövlət sirri kateqoriyasına aid edilir.
Xatırladq ki, dünən Federasiya Şurası Suriyada «İslam dövləti»nə qarşı hərbi əməliyyatlar aparmaq üçün prezident Vladimir Putinə icazə verib.
Rusiya aviasiyasının artıq Suriyada 8 hədəfə aviazərbələr endirdiyi xəbər verilir.
AzPolitika.info


Şərhlər