Menu

Türkiyə Rusiyanın ordu ilə bağlı qərarından narahatdır

01.10.2015, 14:07
Türkiyə Rusiyanın ordu ilə bağlı qərarından narahatdır

Türkiyə Rusiyanın ölkə silahlı qüvvələrindən xaricdə istifadə edilməsi barədə qərarından narahatdır. Bunu Trend-ə Türkiyə Prezidentinin Administrasiyasındakı mənbə deyib.

Onun sözlərinə görə, Rusiyanın qərarı Suriyada vəziyyətin gərginləşməsinə xidmət edə bilər.

Mənbə qeyd edib ki, Türkiyə Rusiyanın bu qərarından sonra Suriyada hadisələrin inkişafını diqqətlə izləyir.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəmişdi. Federasiya Şurası Rusiya Prezidentinin istəyini qəbul etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol