Menu

Bakıda gənc oğlan xalasını, başqa bir oğru isə onun özünü soydu

01.10.2015, 14:35
Bakıda gənc oğlan xalasını, başqa bir oğru isə onun özünü soydu

Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci polis bölməsinə müraciət edib sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlanmasını bildirib.

Azərbaycan DİN-dən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanıb və o, oğurluq etdiyini etiraf edib.

Eyni zamanda M.Zərbəliyev sentyabr 29-da quldurluq etdiyinə görə tutulmuş Fikrət İsgəndərovun bıçaqla hədələyərək ondan 7500 manat almasını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol