İŞİD-ə qarşı aviazərbələrdən sonra Rusiyada gözlənilən terror aktlarına qarşı bütün lazımi tədbirlər görülür.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədəRusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Onun sözlərinə görə, aidiyyatı olan xüsusi xidmətlər davamlı əsasda bu və digər təhlükələrə qarşı tədbirlər alırlar.
Rusiya Suriyada İŞİD mövqelərinə zərbə endirməyə ötən gün başlayıb. Bəzi ekspertlər bu əməliyyatların Rusiya ərazisində terror aktları ilə müşayiət olunacağını deyiblər.


Şərhlər