Menu

ABŞ-da kollecdə qətliam: 10 ölü, 7 yaralı

02.10.2015, 08:58
ABŞ-da kollecdə qətliam: 10 ölü, 7 yaralı

Atəş açan silahlı qurbanlarından hansı dinə mənsub olduqlarını deməyi tələb edib

Oreqon ştatının Duqlas dairəsinin şerifi Con Xanlin mətbuat konfransında bildirib ki, Rezberq şəhəri yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları ilə atışma zamanı öldürülüb.

“Atəş açan şəxs barəsində və hadisənin motivlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”, deyə Con Xanlin bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol