Menu

ABŞ təyyarəsini “Taliban” vurub

02.10.2015, 10:25
ABŞ təyyarəsini “Taliban” vurub

Əfqanıstanda ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsinin vurulmasını “Taliban” hərəkatı üzərinə götürüb. APA-nın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərəkat üzvləri sosial şəbəkələrdə məlumat yerləşdiriblər.

Qeyd edək ki, Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin yerə düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Təyyarənin göyərtəsində 6 hərbçi - heyət üzvü və 5 mülki əməkdaş olmaqla 11 nəfər olub.

Sərnişinlərin vətəndaşlığı açıqlanmır. Təyyarənin yerə çırpılmasından sonra baş vermiş partlayış nəticəsində hadisə yerində olan 3 Əfqanıstan vətəndaşı da ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol