Menu

Çeçenistanda bir qrup İŞİD üzvü tutulub – Kadırov

02.10.2015, 13:09

140712020322_sp_isis_624x351_reutersÇeçenistan xüsusi xidmətləri “İslam dövləti” (İŞİD) terror təşkilatının bir qrup üzvünü saxlayıb.

AzPolitika.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

“Üç nəfər idilər: iki nəfər tərəfdar, bir nəfər isə yenibaşlayan. Biz onları müəyyən edib nəzarətə aldıq”, - deyə Kadırov qeyd edib.

O vurğulayıb ki, İŞİD-çilər hörmətli ailələrdən gəncləri öz tərəflərinə çəkməyə çalışırlar, çünki belə adamların sözünün ətrafdakılar üçün daha çəkili olduğunu bilirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol