Menu

882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

02.10.2015, 17:51
882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Bu il keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1 823 nəfər müraciət edib: “Onlardan 572-si siyasi partiyalar, 62 nəfəri “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1 186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 805 şəxsin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.

M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 750 nəfər imza vərəqəsi alıb: “1365 nəfər imza vərəqələrini qaytarıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol