Menu

Səudiyyə Ərəbistanı azərbaycanlı zəvvarlara hörmətsizlik edib

03.10.2015, 17:01
Səudiyyə Ərəbistanı azərbaycanlı zəvvarlara hörmətsizlik edib

Bu il həcc ziyarəti həyata keçirən azərbaycanlı zəvvarlar vətənə dönərkən yaşadıqları çətinlikləri nəzərə almasaq, ciddi problemlərlə qarşılaşmayıblar.

Məsələ ondadır ki, zəvvarlar həccə AZAL təyyarələri ilə gediblər. Lakin geri qayıdarkən Səudiyyə Ərəbistanı hakimiyyəti bu ölkənin aviaşirkətinin xidmətlərindən istifadə etmək şərti qoşub.

Bu barədə "Turan"a adının açıqlanmasını istəməyən məlumatlı mənbə bildirib.

Bu şərti kral ailəsinin ən yaxın qohumlarından biri qoyub. Lakin Səudiyyə hakimiyyəti öz öhdəliklərini pis yerinə yetirib, təyyarələr böyük gecikmələrlə uçub və onların sayı açıq-aşkar qeyri-kafi olub. Bu zaman aviaşirkət gecikmə zamanı sərnişinlərin qida və su ilə təmin edilməsi üzrə öhdəliklərini də yerinə yetirməyib.

Azərbaycanın həcc missiyasının özü zəvvarlar üçün yemək və su almaq məcburiyyətində qalıb. Məsələnin həlli üçün Azərbaycanın Məkkədəki səfirliyi Səudiyyə Ərəbistanının hökumətinə müraciət etməli olub.

“Azərbaycan tərəfi bu cür münasibəti zəvvarlara qarşı hörmətsizlik kimi qiymətləndirir” - deyə mənbə qeyd edib.

Azərbaycanlı zəvvarların sonuncu qrupu cümə günü axşam ölkəyə gəlməli idi. Azərbaycandan olan daha iki zəvvar səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanadadır. Onların yaxın günlərdə vətənə qayıdacağı gözlənilir.

Azərbaycanlı zəvvarlar Ciddə aeroportunda çarəsiz durumda

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol