Menu

Rusiya aviazərbələrinə qarşı "yer-hava" raketləri

03.10.2015, 19:13
Rusiya aviazərbələrinə qarşı "yer-hava" raketləri

Suriyalı müxaliflər Rusiyanın aviazərbələrindən qorunmaq üçün Vaşinqtondandan "yer-hava" raketləri istəyib.

AzPolitika.info-nun "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, mülayim islamçı qruplaşmalardan biri olan "Liva sukur al-Cabal" təşkilatının rəhbəri Həsən Hac Əli "The Washington Post" qəzetinə bildirib ki, onlar Amerika rəhbərliyindən təcili yardım istəyiblər.

"Bizə iki şey lazımdır: ya Rusiyanın zərbələri ilə bağlı dəqiq siyasət yeritsinlər, ya da Rusiyanın təyyarələrini vurmaq üçün "yer-hava" raketləri versinlər", - deyə müxalif lider vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol