Menu

15 milyon insan qarət olundu

04.10.2015, 01:27
15 milyon insan qarət olundu

Naməlum hakerlər T-Mobile beynəlxalq mobil rabitə operatorunun 15 milyon abunəçisinin məlumatlarını oğurlayıblar. Bu barədə Experian şirkətinin rəsmi saytında deyilir.

Musavat.com ICTnews-a istinadən bildirir ki, cinayətkarlar Experian şirkəti T-Mobile abunəçilərinin kredit reytinqini yoxlayan zaman onun servislərindən birinə müdaxilə ediblər. Müdaxilə nəticəsində operatorun 1 sentyabr 2013-cü ildən 1 sentyabr 2015-ci ilədək xidmətlərindən yararlanan istifadəçilər zərər çəkiblər.

Bildirilir ki, cinayətkarlar abunəçilərin maliyyə və ya bank informasiyasını ələ keçirə bilməsələr də, onların adları, ünvanları, sosial sığorta və şəxsiyyət vəsiqəsi nömrələri oğurlanıb. Experian bütün zərərçəkənlərin kredit reytinqini iki il ərzində pulsuz yoxlayacağını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol