Menu

MSK Tənzilə Rüstəmxanlı ilə bağlı qərarını açıqlayıb

05.10.2015, 16:33
MSK Tənzilə Rüstəmxanlı ilə bağlı qərarını açıqlayıb

DSK-ya 550 imza təqdim edilib, onlardan 180-i etibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədliyini irəli sürən Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının MSK-ya etdiyi müraciətə baxılıb.

“Report”un məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, T.Rüstəmxanlının şikayəti araşdırılıb. Məlum olub ki, T.Rüstəmanlı DSK-ya 550 imza təqdim edib, onlardan 180-i etibarsız olub.

Bununla da MSK DSK-nın qərarını qüvvədə saxlayıb, Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol