Xarici İşlər Nazirliyi, Məscidi Əqsada yaşanan hadisələrlə bağlı İsrailə nota verib. Nazirlik onları atdıqları addımlara son qoymağa çağırıb.Musavat.com xəbər verir ki, açıqlamada sentyabr ayından etibarən başlayan gərginlikdən narahatlıq ifadə edilib: "Heç bir səbəblə fələstinlilərin Hərəm-i Şərif də daxil olmaqla Qüdsə girişlərinə maneə törədilməsi qəbul edilə bilməz. Fələstin torpaqlarının ayrılmaz bir parçası olan Şərqi Qüdsün işğalının ortaya çıxardığı nəticələr, alınan tədbirlər üçün bəhanə ola deyil”.
Qeyd edək ki, fələstinlilərin Məscidi-Əqsaya girməsinə yəhudilərin, maneə törətməsi səbəbi ilə bölgədə sentyabr ayının 13-dən bu zamana qədər gərginlik yaşanır. İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurmalarda yaralanan və ölənlər olur.


Şərhlər