CHP sədri Kemal Kılıçdaroğlu Türkiyənin Zonquldak şəhərində qatıldığı bir toplantıda özünü biabır edib.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, Kılıçdaroğlu səhvən işlətdiyi bir cümlə ilə hər kəsi şoka salıb.
“Heç bir Allah qulu 7 iyundan (seçkilərdən sonra - red.) CHP yaxşı siyasət izlədi deyə bilməz. Əgər vicdanı varsa”, - deyə CHP sədri öz partiyasının siyasətini bilmədən “tənqid” edib.
Kənardan partiya üzvləri “izləmədi” deyə düzəliş verməyə çalışsalar da, CHP sədri onları dinləməyib və çıxışına davam edib.

Şərhlər